Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında “6-cı Qərargah danışıqları”na dair görüş keçirilib.
BUTA.TV xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə əsasən təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Humanitar sahə, eləcə də minatəmizləmə tədbirləri üzrə keçiriləcək təlim və treninqlərə töhfə məsələləri haqqında danışılıb. Tərəflər birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə ediblər.
Sonra qonaqlar "N" hərbi hissəsini ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, videoçarx nümayiş etdirilib.
Böyük Britaniya tərəfindən təşkil edilən kurslarda iştirak etmiş hərbi qulluqçularla görüş keçirildikdən sonra qarşılıqlı hədiyyələr təqdim edilib.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..