Meyxanaçı Balaəli Maştağalının (Bala Əli Rzayev) bir müddət öncə özünə lüks avtomobil alması müzakirələrə səbəb oldu.
37 yaşlı söz ustadının BMW X7 markalı avtomobilinin 2023-cü il modelinin qiyməti 255 min manatdır. BUTA.TV xəbər Balaəlinin zəngin həyat tərzi keçirməsinə şübhə edənlər də var. Bəzi adamlar düşünür ki, meyxanaçının idarə etdiyi bahalı avtomobillər, o cümlədən görüntülərdə əks olunan bahalı nömrələr başqalarına məxsusdur.
Tanınmış jurnalist Pərviz Həşimli də sözügedən avtomobilin Balaəliyə aid olmadığını iddia edib. Onun sözlərinə görə meyxanaçı tez-tez lüks avtomillərin yanında dayanaraq şəkil çəkdirir və özünü zəngin göstərməyə çalışır. Qeyd edək ki, Balaəlinin 77-BM-777 nömrəli qeydiyyat nişanı bu ilin may ayında 38 min manata satışa çıxarılmışdı.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq