Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə C.Bayramov İran Prezidenti İbrahim Rəisinin qəbulunda olarkən danışıb.
O, Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini bildirib: "İranın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində tutduğu mövqeyi yüksək qiymətləndiririk".
C.Bayramov qeyd edib ki, son aylar iki ölkə arasında münasibətlərin normallaşması və ikitərəfli əməkdaşlığın təşviqi istiqamətində mühüm irəliləyişlər əldə olunub.
Qeyd edək ki, İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilir.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq