“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli sosial şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildə Dünya İqtisadi Forumunda İsrailin o vaxtkı prezidenti Şimon Peresin Fələstinlə münaqişə ilə bağlı sözlərinə cavab verərkən etdiyi çıxışın videosunu yerləşdirərək Fələstinə dəstək verib.
BUTA.TV xəbər verir ki, “Ölkənizin iki keçmiş baş nazirinin tanklarla Fələstinə getməyə şad olduqlarını dediklərini xatırlayıram. Dediklərinizi alqışlamaq da bir başqa insanlıq suçu. Çox adam öldürüldü. Və hesab edirəm ki, bu, tamamilə yanlış və qeyri-insanidir”, – deyə Ərdoğan bildirib.
“Biz müzakirəyə yenidən başlaya bilmərik. Bizim vaxtımız yoxdur. Biz insanların nahara getməsinə icazə verməliyik”, – debat moderatoru Devid İqnatius bildirib. “Çox sağ olun, çox sağ olun, çox sağ olun, çox sağ olun. Bundan sonra Davosa dönəcəyimi düşünmürəm”, – Ərdoğan deyib və səhnəni tərk edib. Türkiyənin hazırkı prezidenti bundan sonra foruma gəlməyib.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq