Qarabağdan İrəvana qaçan separatçılarla Ermənistan hakimiyyəti arasında 800 milyon dollarlıq qarşıdurma yaşanır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, işğal dövründə qondarma “artsax” adından istiqrazlar buraxılıb.
“Hraparak” nəşri yazır ki, separatçılara təkcə Ermənistan hökuməti maliyyə ayırmırdı, həm də bu istiqrazlar vasitəsilə pul qazanırdılar.
“Bu, əsasən Serj Sərkisyanın dövründə olub. Sərkisyan Ermənistanda bankları bu istiqrazları almağa məcbur edib və bu yolla Qarabağa pullar göndərilib. Qarabağda rejim ləğv edildikdən sonra vaxtilə bu istiqrazları alan banklar Ermənistan hakimiyyətindən kompensasiya tələb edirlər. Söhbət təxminən 340 milyard dramdan, yəni 800 milyon dollardan gedir”, - nəşr yazır.
Məlumata görə, ötən həftə Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan və hakim partiyanın bəzi deputatları Mərkəzi Bankın sədri ilə qapalı görüş keçirib.
“Onlar pulların qaytarılmasının mümkünsüzlüyünü izah ediblər. Hakimiyyətin fikrincə, Serj Sərkisyan bu yolla pul qazanıb və indiki hakimiyyət bunu ödəmək məcburiyyətində deyil”, - nəşr qeyd edir.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq