Ümid edirəm ki, xarici işlər nazirlərinin 3+3 formatında növbəti görüşləri Bakıda və İrəvanda keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. “Tehranda keçirilən görüşdə Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi müzakirə olunub və danışıqlarımız görüşün və bəyanatın mətni üzərində cəmlənib. Ümid edirəm ki, Türkiyədə keçiriləcək növbəti görüşdən sonra bu görüşlər Bakıda və İrəvanda davam etdiriləcək”, - Abdullahian bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu görüşdə iştirakı iki ölkə arasında sülh və dostluğa doğru bir hərəkətə dəlalət edir:
“Ümid edirik ki, ən qısa zamanda Bakı və İrəvan arasında sülh sazişinin şahidi olacağıq”.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq