Çeçenistan Qafqazın birinci imamı Şeyx Mənsurun adını daşıyacaq yeni batalyonun formalaşdırılmasını başa çatdırır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə, o, bölük komandiri Ruslan Geremeyevlə birlikdə Qudermes şəhərində batalyon şəxsi heyətinin yerləşdirilməsi üçün hərbi obyektin tikintisinə və yenidənqurma işləri aparılan tikinti sahəsinə baş çəkib.
O, qeyd edib ki, işlər son mərhələdədir.
"Mümkün olan qısa müddətdə mütəxəssislər dörd kazarmada genişmiqyaslı yenidənqurma işləri aparıb, daha ikisini tikiblər. Bütün mühəndis kommunikasiyaları dəyişdirilib, lazımi mebellər gətirilib", - Kadırov yazıb.
O, həmçinin bildirib ki, hərbçilər üçün parad meydançası təchiz edilib. Bundan əlavə, 100 yerlik yeməkxana, avtomobil dayanacağı, namaz otağı və s. tikilib.
Kadırov əlavə edib ki, bu, döyüş hissələri formalaşdırarkən əsas vəzifədir.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq