İlon Mask ABŞ prezidenti olaraq namizəndliyini irəli sürə bilməz. Çünki bir çox ölkələrdə olduğu kimi, ABŞ konstitusiyasında da prezidentliyə namizəd olan şəxsin ABŞ-da doğulması şərtdir. İlon Mask isə Cənubi Afrikada doğulub.
Bu sözləri BUTA.TV-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev məşhur milyarder İlon Maskın ABŞ prezidenti olma ehtimalı ilə bağlı səsləndirilən ehtimallara cavabında deyib.
Hüquqşünas bildirib ki, ABŞ-da prezidentə aid olan şərtlər vətəndaşlıq bağının gücləndirilmiş formasıdır.
Professor bu qanunun nə qədər ədalətli olmasına da münasibətini bildirib:
“ABŞ əslində miqrantlar ölkəsidir. Ona görə də prezidentliyə namizədliyini irəli sürməsi üçün şəxsin ABŞ-da doğulması qərarı ədalətli deyil. Bu qanun hətta başqa ölkədə doğulub, lap kiçik yaşlarında ABŞ-a köçən və əslində dünyagörüşü, bütün təhsil və siyasi-ictimai karyerası ABŞ-la bağlı olanlara da şamil olunur ki, bu da müəyyən qədər insan hüquqlarının pozulması kimi də qəbul edilə bilər”.
Qeyd edək ki, İlon Mask 1971-ci ildə Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində anadan olub.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq