İsrail quru əməliyyatına başlamazdan əvvəl HƏMAS-ın yeraltı tunellərini suda batırmağı düşünür, yəni Təl-Əviv girovları daha böyük təhlükə altında qoymağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu amerikalı jurnalist Seymur Herş “Substack” portalındakı köşə yazısında bildirib. Herş qeyd edib ki, İsrail hazırda davamlı bombardmanlar vasitəsilə Qəzza şəhərini xarabalığa çevirmək üçün çalışır və tezliklə qurudan işğala başlamağı planlaşdırır.
ABŞ hökumətindəki məlumatlı mənbəyə işarə edən Herş əlavə edib ki, İsrail liderləri qoşun göndərməzdən əvvəl HƏMAS-ın geniş tunel şəbəkəsini suda batırmağı nəzərdən keçirir:
“Tunellərin su altında qalması İsrailin girovları daha böyük təhlükə altında salması deməkdir”.
Qeyd edək ki, Herş bir müddət əvvəl İsrailin Qəzzanı Xirosimaya çevirmək niyyətində olduğunu bildirmişdi.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq