İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, saat 14:30 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Röyal Müşfiq oğlu İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır.
Məlumata görə, 44 günlük Vətən Müharibəsinin qazisi olan Röyal Mirzəyev bu gün icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, bilinmir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı