Xankəndidə partlayış məntəqədə deyil, "ordumuzun" yanacaq anbarında baş vermişdi.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib.
Separatçı lider erməni sakinlərin diqqətsizliyi ucbatından partlayışın olduğunu bildirib:
“Partlayış “müdafiə nazirliyi”nin anbarında baş verdi. Biz orada yanacağı istifadə üçün saxlayırdıq, lakin edə bilmədik. İnsanlar diqqətsiz və nəzarətsiz şəkildə, təhlükəsizlik qaydalarına əməl etməyib maşınlarına yanacaq yükləmək üçün anbara eniblər. Onlar yanacağı özləri çıxarmağa çalışıblar. Qaydalara riayət etmədikləri üçün də bu partlayış oldu və çox sayda insan həyatını itirdi. Biz onların hər birinin Ermənistana gedə biləcəklərini demişdik. Lakin onlar özləri maşınları ilə getmək üçün anbardan yanacaq almağa çalışdılar. Ermənistan istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır”.
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı