Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildiriblər ki, tədbirlərdə əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.
Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri keçirilib, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib.
Çıxış edənlər Türkiyənin Cümhuriyyət Bayramının Azərbaycanda təntənəli şəkildə qeyd olunmasından, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir