Mahaçqala hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Hava limanında və ətraf ərazilərdə videomüşahidə sistemi olduğundan iğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək”, - məlumatda deyilir.
Kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlardan sonra başlanıb.
Qeyd edək ki, etirazçılar Mahaçqala hava limanının binasından və uçuş-enmə zolağında sıxışdırılıb çıxarılıb. Teleqram kanallarının məlumatına görə, indiyədək 4 etirazçı saxlanılıb.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir