Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, keçmiş separatçı “rəhbərlər” Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın helikopterlə Ermənistana aparılması üçün Bakı ilə danışıqlar aparılıb.
“Hraparak” nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: “Laçın sərhəd-keçid məntəqəsindən keçmək istəyən (qondarma) “milli təhlükəsizlik naziri” Ararat Melkumyan və “daxili işlər naziri” Karen Sarkisyan saxlanılıb. Bildiriblər ki, keçmiş liderlər” təslim olacaqları təqdirdə onlar buraxılacaq. Bundan xəbər tutan keçmiş “liderlər” gizləndikləri yerdən çıxıb, bundan sonra digərlərinin keçidinə icazə verilib”.
Separatçıların silahlı dəstələrinin “komandiri” olmuş Levon Mnatsakanyan isə Laçın postundan keçmək istəyərkən saxlanılıb.
Nəşr iddia edir ki, Azərbaycan sərhədçiləri Mnatsakanyanı saxladıqda ondan “Qarabağ Azərbaycandır” deməsini istəyiblər. Erməni mediası onun bunu deməkdən imtina etdiyini iddia edir, lakin bəzi mənbələr Mnatsakanyanın “Qarabağ Azərbaycandır” dediyini bildirirlər.
Separatçı “liderlərin” qandallanaraq Bakıya gətirilməsinin ermənilər üzərində ciddi ruh düşkünlüyü yaradıb. Çünki onlar “qəhrəman” elan edilmişdi və həmişə düşünürdülər ki, işğal davam edəcək. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra erməni separatizmini tarixin zibilliyinə göndərdi və separatçıları qandallayaraq, “erməni xülyalarını” məhv etdi.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir