Noyabrın 8-də Xankəndində qələbə paradının keçiriləcəyi haqda yayılan məlumatlar Ermənistanda kədərlə qarşılanıb.
BUTA.TV xəbər verir ki, Xanakəndidə planlaşdırılan paradla bağlı informasiyanı tirajlayan Ermənistan mediası Paşinyan hakimiyyətini və Qarabağda ləğv edilmiş separatçı rejimin “rəhbərlərini” tənqid edir. Erməni şərhçi Qalust Qriqoryan Xankəndidə qələbə paradının keçirilməsini “erməni xəyallarının sonu” adlandırır.
“Verelq” saytı isə paradı Paşinyan hakimiyyətinin 2018-ci ildən sonra həyata keçirdiyi siyasətin məntiqi sonluğu olaraq şərh edib.
“Hraparak” nəşri isə paradda Prezident İlham Əliyevin iştirakını xüsusilə vurğulayıb.
Qeyd edək ki, noyabrın 8-də keçirilməsi planlaşdırılan hərbi paradda Prezident İlham Əliyevin iştirak edəcəyi, qələbə mərasiminin daha sonra Şuşada davam etdiriləcəyi haqda məlumat yayılıb. Erməni separatizminin ləğvindən sonra Xankəndidə hərbi parad hazırlığı Ermənistanda isteriya ilə qarşılanır. Bu isteriyanın paradın keçiriləcəyi gün daha da artacağı gözləniləndir.
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi