Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı demarşlar etməyə davam edir.
BUTA.TV Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir 9 noyabr 2020-ci il üçtərəfli bəyannaməsində yolların açılmasını müəyyən edən 9-cu maddəni ləğv edəcəklərini bildirib. KİV yazır ki, erməni nazir uzun müddətdir ki, bununla bağlı açıq-aşkar eyhamlar vurur, fikirlərini komanda üzvlərinə çatdırmağa çalışır:
“Amma dünən, 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı o, bunu demək olar ki, açıq mətnlə söylədi və bildirdi ki, Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq və onun vəzifəsi rabitənin təhlükəsizliyini təmin etmək olacaq.
“İndi biz Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. Bununla yanaşı, respublika ərazisindən insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin keçməsi üçün patrul polisini işə cəlb etdik”.
Xatırladaq ki, həmin sənədin 9-cu maddəsində “kommunikasiyalara nəzarət Rusiya FSB-nin sərhəd xidməti orqanları tərəfindən həyata keçirilməlidir” bəndi yer alsa da, rəsmi İrəvan həmin sənədin müvafiq maddəsini ləğv etməklə Moskvaya meydan oxumağa başlayıb.
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi