Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç Rusiya ilə sülh danışıqlarına başlamaq çağırışı edib.
BUTA.TV xəbər verir ki, bu barədə o, video-müraciətində bildirib.
O xatırladıb ki, Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikasını geri almaq üçün hərbi yoldan heç vaxt istifadə etməyəcəyini hətta konstitusiyasına salmışdı, buna baxmayaraq, 35 il gözlədi (əslində 40 il – red.), hazırda Almaniya birləşib.
O qeyd edib ki, Ukraynanın 35 il gözləyəcəyini düşünmür, ancaq 350 min insanın həyatını xilas etmək lazımdır.
Arestoviç cəbhədə çıxılmaz vəziyyət yarandığını, Ukrayna ordusunun əraziləri azad etmək üçün irəliləyə bilmədiyini, Rusiyanın da daha çox ərazi işğal etməyi bacarmadığını deyib. O bildirib ki, hərbçilər hərbi əməliyyatlarla 1991-ci il sərhədlərini bərpa etməyin mümkün olmadığını artıq dilə gətirirlər.
“Demək, “Rusiya qalib gəlməməlidir, biz isə məğlub olmamalıyıq” düsturu əsas götürülməlidir”, - o xatırladıb və ən doğru yol kimi sülh danışıqları və gözləməyi təklif edib. Onun fikrincə, Putindən sonra Rusiyanın zəifləməsi və siyasi şəraitin dəyişməsi qaçılmazdır.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu