Sosial şəbəkələrdə Prius sürücüsünün qorxunc görüntüləri yayılıb.
BUTA.TV xəbər verir ki, əvvəlcə hərəkətdə olan avtomobilin pəncərəsindən çölə çıxır, sonra isə sükanı ayaqları ilə idarə etməyə başlayır. Yenidən sükan arxasına keçən sürücü sərnişini qucağına alaraq nəqliyyat vasitəsini idarə etməyə davam edib. Sosial şəbəkələrdə yayılan görüntüləri nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı şərh edib.
Elməddin Muradlı bildirib ki, məsuliyyətsizlik edən həmin şəxslərə qanunvericiliyin tələblərinə uyğun olaraq ağır cəza tətbiq olunmalıdır. Çünki, təkcə özlərinin deyil, başqalarının da həyatlarını təhlükəyə atıblar. Məsələ ilə əlaqədər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev bildirib ki, görüntülərlə bağlı artıq araşdırma aparılır.
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı