Rayonlarda işsizliklə bağlı vəziyyət kifayət qədər gərgindir. Bunu aradan qaldırmaq üçün xeyli iş görmək lazımdır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib. Deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq istiqamətində gördüyü işləri müsbət qiymətləndirsə də, bəzi narahatlıq doğuran məqamlara da toxunub:
“Heç də hamı aldığı aktivləri sona çatdırmaq üçün fəaliyyət göstərmir. Burada koordinasiya məsələsinə toxunmaq istəyirəm. Sizdə elə rəqəmlər varmı ki, verdiyiniz aktivlərin neçə hissəsi aidiyyəti üzrə istifadə olunur? Misal olaraq, kim ona verilən heyvanı kəsir və bununla da sahibkarlıq bitir. Təklif edirəm ki, bank sistemi ilə əlaqə quraraq aktivlərdən yaxşı yararlananlara aşağı faizlə kreditlər verilsin. Bununla gələcəkdə işsizliyin aradan qaldırılmasına və orta təbəqənin dairəsinin genişləndirilməsinə nail olmaq olar”.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi