Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.
“BUTA TV” xəbər verir ki, bu "İşsizlikdən sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üvü Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, mövcud qanunvericiliyə əsasən, ailədə 18 yaşına çatmamış uşaq, eyni zamanda, 23 yaşına qədər əyani təhsil alan şəxs varsa, valideynlər işsiz qaldığı halda onlara sığorta ödənişi edilir. Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
Millət vəkili deyib ki, dəyişikliyə əsasən, artıq işsiz qalan valideynlərin hər birinə görə sığorta ödənişi həyata keçiriləcək. Bu da ailələrin daha çox vəsait almasına səbəb olacaq.
Millət vəkili hesab edir ki, dəyişiklik işsiz qalan vətəndaşların sosial təminatında mühüm rol oynayacaq.
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi