Aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində müğənni Əli Mirəliyevin iştirakçılarla mütəmadi qalmaqal yaratması kimi hallara yol verdikləri üçün aparıcıların tənqid edilməsinə münasibət bildirib.
E.Əkbər açıqlamasında deyib ki, xoşu gəlməyənlər “Elgizlə izlə”yə baxmasınlar, başqa verilişlərə baxsınlar: “Əli Mirəliyev yaşlı adamdır, musiqini çox gözəl bilən insandır. Öz sahəsi ilə bağlı fikir bildirir, səsi olana deyir ki, səsin var, olmayana deyir, yoxdur. Bəyəm mən buna nə edə bilərəm? Tək mənim verilişimdə çıxış etmir. Neçə illərdir, verilişlərdə olur, ekspert kimi çıxış edir. Əli müəllim verilişdə münsiflər heyətində əyləşəndə mən hələ balaca uşaq idim. Mənim ixtiyarım çatar Əli müəllimin ağzını yumum ki, sən danışma? Bu nə dərəcədə doğru olar? Kişi fikrini bildirir də. Ağzını bağlayaq, “skoç”layaq ? Əli müəllim də verilişin bir hissəsidir. Xoşu gələn Əliyə baxsın, xoşu gəlməyən baxmasın, mən nə edim daha?”
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi