Argentina millisinin və Amerikanın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi "Adidas"ın yutub kanalına müsahibəsində həmyerlisi, keçmiş futbolçu Pablo Aymara heyran olduğunu etiraf edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. “O, “Valensiya”da, güclü heyətə malik “River Pleyt”də idi və bu komandada fərqlənirdi. Onun oyun tərzini həmişə bəyənmişəm. Bizim üçün hər zaman birinci olan, başqalarından üstün olan Dieqo Maradonadan başqa, heyran olduğum Pablo idi”, - Messi deyib.
Qeyd edək ki, 44 yaşlı Aymar karyerası ərzində Argentinanın “River Pleyt”, İspaniyanın “Valensiya” və “Saraqosa”, Portuqaliyanın “Benfika” və Malayziyanın “Cohor” klublarında çıxış edib. Yarımmüdafiəçi Argentina millisinin heyətində 52 oyun keçirib. O, bu gün Argentina yığmalarından birinin məşqçisidir.
Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Hücumçu iki il Fransanın PSJ komandasının heyətində oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də Amerikada ilk titulunu - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Argentinalı hücumçu oktyabrın 30-da karyerasında 8-ci dəfə “Qızıl top”u qazanıb.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi