Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün tikintisinin sonuncu mərhələsinə başlanılıb.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, yeni avtomobil körpüsünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.
İş icraçısı Musayəddin Qurbanov bildirib ki, proses qrafik üzrə davam edir. Yeni körpü üçün çayın kənarlarında və məcrasında üç dayaq inşa edilib.
“İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Mərkəzi dayağın tikintisini yekunlaşdırdıq. Hazırda körpünün dayaqları üçün istinad divarlarının və mühafizə bəndlərinin tikintisi davam edir. Noyabrın 11-də dayaqların üzərinə tirlər montaj olunacaq. Bundan sonra tirlərin üzəri armaturla hörülərək betonlanacaq. Sonuncu mərhələdə körpü üzərindəki yol asfaltlanacaq. Noyabrın sonunadək körpünü istifadəyə vermək istəyirik”, - M.Qurbanov söyləyib.
Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır. Körpünün tikintisi bayram və bazar günlərində də davam etdirilir.
Körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib. Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr məsafədə inşa olunub. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edirlər.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi