Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 17786,1 milyon dollar təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında bildirilib.
Xarici ticarətdə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 5 102,7 milyon dollar təşkil edib.
İdxalın həcmi isə 17,8 faiz artaraq 12638,4 milyon dollar olub.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində 42,6 faiz mənfi saldo yaranıb.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi