Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) noyabrın əvvəlində Qarabağda saxlanılaraq Bakıya gətirilən separatçılara baş çəkib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə komitənin Ermənistan nümayəndəliyinin sözçüsü Zara Amatuni məlumat yayıb.
A.Amatuni komitə üzvlərinin 2020-ci il də – 44 günlük müharibə zamanı, 2021-ci il və 2023-cü ildə saxlanılaraq Bakıya gətirilən erməni terrorçularının hər birinə baş çəkməyə davam edəcəyini deyib.
O, sözügedən şəxslərə ailələri ilə əlaqə saxlamağa imkan yaradıldığını bildirib.
Qeyd edək ki, erməni mediası son vaxtlar qondarma rejimin sabiq “müdafiə naziri” general Levon Mnatsakanyanın Bakıda təcridxanada döyülüb öldürülməsi ilə bağlı iddialar irəli sürürdü. Z.Amatuninin bu açıqlaması sözügedən iddiaların əsassız olduğunu növbəti dəfə sübuta yetirir.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan