Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışının qonağı aparıcı, aktrisa Turanə Hüseynli olub. Aparıcı sevdiyi ailə modelindən danışıb: “Qarşılıqlı hörmət olmalıdır. Ailədə hər şey bölüşdürülməlidir. Məsələn, mənim həyat yoldaşım olsa, ona sevə-sevə yemək hazırlamaq istəyərdim”. O, münasibətlərdə fasilələrin verilməsinin vacibliyini qeyd edib:
“Mən başqası ilə bir evin içində uzun müddət yaşaya biləcəyimi düşünmürəm. Ona görə də münasibətə uzun müddət fasilələr vermək lazımdır. Tək səyahətlər, bir müddət ayrı-ayrı yaşamaq, hətta arzu olunardı ki, ayrı otaqlarda yaşayaq”. Xəyanətə uğradığından bəhs edən aparıcı insanlara güvənmədiyini deyib:
“Çünki güvənimi qazanan şəxs qarşıma çıxmayıb. Hər dəfə inancımı puça çıxarıb. Münasibətdə olduğum şəxsin mənə xəyanət etdiyini ortaya çıxarmışam. Bunu xırda bir şeydə hiss etmişəm. Belə şeylər məni bəzən qorxudur. Kaş ki, başa düşməyən adam olardım və münasibət qurmaq mənim üçün asan olardı”.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan