Noyabrın 24-ü səhər saatlarına olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi şərq rayonlarında yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, yağış Quba, Qusar, Şəki, Xaçmaz, Şabran, Şahdağ, Xaltanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Quba, Qusar, Xaltan, Qrızda duman müşahidə olunub. Şimal-qərb küləyi arabir Tərtərdə 22 m/s, Şahdağ, Mingəçevir, Balakəndə 20 m/s, Bərdə 19 m/s, Şəki, Sabirabad, Ağdam, Naftalanda 18 m/s, Lerik, Gədəbəydə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 26 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib