Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən birinci sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
"Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib", - Qazaxıstan prezidenti qeyd edib.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib