Rusiyanın 44 günlük müharibə ilə Ermənistan hakimiyyətini müəyyən hərəkətlərə görə cəzalandırdığına dair tezis çox fəal şəkildə yayılır. Mən Rusiyanı bu kontekstdə müzakirə obyektinə çevirmək istəməzdim, amma gəlin bu tezisi ciddi müzakirə edək.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin suallarını cavablandırarkən deyib.
“Bu tezisin mənası odur ki, bizim tərəfdaşlarımız üçün arzuolunmaz inqilab oldu, çünki Ermənistanın yeni hakimiyyəti qərbyönlü baxışların daşıyıcılarıdır, buna görə də cəza kimi müharibə baş verdi.
Belə olan halda 2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb?
Niyə 2013-cü il hadisələri baş verdi, Ermənistan uzun müddət danışıqlar apardı, sonra bir gecədə Gömrük İttifaqına üzv oldu? Rusiya hansı addımlara görə 2011-ci ildə Azərbaycana silah satışı ilə bağlı çox milyard dollarlıq müqavilə imzalayıb? 2013-2014-cü illərdə baş verən hadisələrə münasibət necə oldu? Qarabağ problemi ilə bağlı deyiləsi çox şey var. 2018-ci ilin aprelində Serj Sərkisyanın bəyanatı nə idi? Bu, müharibə elanı idi?” - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, inqilab baş verib, ona görə də Ermənistanın hələ də suveren dövlət olmaq şansı var:
“Əgər inqilab olmasaydı, bu şans sıfra bərabər olardı. 2013-cü ildə baş verən hadisələr buna sübutdur. Əgər imzalaya bilmirsənsə, niyə danışıqlar apardın? Bundan sonra 2016-cı ilin dörd günlük müharibə və danışıqlar paketini aldıq. Dağlıq Qarabağın dağılması 2018-ci ilin avqustunda baş verib”.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib