Dekabrın ilk günlərindən etibarən “Google” bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq.
Bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib. Yeni qaydalar “Gmail” sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, “Meet” audio zəng və videokonfrans xidmətinə, təqvim planlaşdırıcısına, həmçinin fotoşəkillər hostinqinə təsir edəcək. Son iki ildə öz hesablarına daxil olmayan istifadəçilər onlara girişi itirəcəklər.
“Google” bu tədbiri şirkətin serverlərində yerin boşaldılması və məlumatların təhlükəsizliyinin artırılması ilə izah edib.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib