Qazaxıstanda zəlzələdə xəsarət alanların sayı artdı

09:50 - 23 Yanvar 2024 - GÜNDƏM

 Qazaxıstanda zəlzələdə xəsarət alanların sayı artdı

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 10 uşağa tibbi yardım göstərilib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, yerdə qalanlar ambulator müalicəyə göndərilib.

Qeyd edək ki, Qazaxıstanda yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə, Qazaxıstan və Qırğızıstan sərhədində olub.

Bu xəbər hal-hazırda çox oxunur
Belə kartof almayın! – Adamı zəhərləyir

Zəlzələnin dərinliyi 65 kilometr dərinlikdə yerləşib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol