Paşinyan Konstitusiyaya dəyişiklik barədə açıqlama verib və bunu cari qlobal, eləcə də regional çağırışlara reaksiya kimi izah edib. Bu, Azərbaycan üçün yaxşı xəbər ola bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“İlham Əliyev hələ 2021-ci ildə bəyan etmişdi ki, Ermənistan Konstitusiyanı dəyişdirməli olacaq, çünki orada ərazi iddiaları var. Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün Konstitusiyaya dəyişiklik etmək niyyətindədir. Köhnə Konstitusiya ilə barışığa imza atsa, əsas qanuna istinad edərək ölkə daxilində ona qarşı şikayətlər səslənməyə başlayacaq. Həmçinin Konstitusiyada təsbit olunmuş ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə ola bilər. Ola bilsin ki, Paşinyan ölkənin əsas qanununu dəyişdirməklə bir sıra problemləri “paket” şəklində həll etmək niyyətindədir. Beləliklə, o, Konstitusiyanın müasir reallıqlara uyğun olmayan müddəalarından imtina edərək, sülh müqaviləsi imzalaya və Qarabağ məsələsini həmişəlik Ermənistan üçün bağlaya biləcək. O, Ermənistana köçmüş Qarabağ separatçılarının iddialarından özünü sığortalayır. Bu, həm də şəxsi hakimiyyət rejimini gücləndirəcək. Axı bildiyimiz kimi, dəfələrlə onu devirməyə cəhdlər edilib. Lakin onların hamısı uğursuz oldu. Görünür, onu hakimiyyətə gətirən Qərbin hələ də ona ehtiyacı var”, - Korotçenko bildirib.
Ekspertin fikrincə, Ermənistanın Baş naziri də növbədənkənar parlament seçkisi keçirməyə cəhd edə bilər:
“Onun buna hazır olması artıq “Mülki müqaviləsi”də də öz əksini tapıb, onlar ölkəni prezident idarəçiliyi modelinə qaytarmağa hazırdır. Necə ki, bunu bir vaxtlar Konstitusiyaya dəyişiklik edib idarəetmə formasını dəyişdirməklə hakimiyyət müddətini uzatmaq istəyən Serj Sərkisyan etmişdi”.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib