Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ülkər Kərimova saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pulunu mənimsəyib.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
Ü.Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan