Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.
BUTA.TV xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan