Əfqanıstanda qəzaya uğrayan “Falcon 10” təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Həşti-Sübh” yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Bədəxşan vilayətinin qubernatoru Baş nazirin müavini Məhəmməd Həsən Axundun əmri ilə faktların müəyyən edilməsi və işin araşdırılması üçün komissiya yaradıb:
“Bədəxşan vilayətində Taliban Kəşfiyyat İdarəsinin rəhbəri istintaq komissiyasına rəhbərlik edir”.
Qeyd edək ki, Əfqanıstanın Bədəxşan vilayətinin dağlarında bazar günü “Falcon 10” təyyarəsi qəzaya uğrayıb. Qəzada tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı Anna ilə birlikdə həlak olub, 4 ekipaj üzvü isə xilas ola bilib. Yevsyukov “Maşenka”, “Atlant”, “Avanqard” və bir neçə bazar, eləcə də ticarət mərkəzinin, müxtəlif daşınmaz əmlakların sahib olub.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan