Almatının mülki müdafiə sistemləri zəlzələyə hazır deyildi.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Almatının mülki müdafiə sistemi zəlzələyə hazır deyildi və səlahiyyətli orqanlar fəlakətin sınağından keçə bilmədilər. Plana görə, şəhərdə güclü zəlzələlər üçün avtomatlaşdırılmış erkən xəbərdarlıq sistemi tətbiq edilməli idi, lakin işləməyib”, - Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstan-Qırğızıstan sərhədində yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin dərinliyi 65 kilometr olub.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan