İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasından olan nümayəndəsi Narine Ayrapetyan həyati təhlükəsi və polisin təzyiqi səbəbindən ölkəni tərk etdiyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Ana Ermənistan” fraksiyası məlumat yayıb.
“Məni söhbətə kimin apardığını və onun polislə hansı əlaqəsi olduğunu başa düşmədim. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti araşdırmağa cəhd etmədilər, məni ittiham etdilər, hətta ifadə yazıb, imza atmağa məcbur etdilər. Getmək qərarına gəldim”, - deyə Ayraptyan bildirib.
Ayrapetyan etiraf edib ki, o, siyasi sığınacaq istəyib və həyatının təhlükədə olmadığına əmin olana qədər xaricdə qalacaq.
Qeyd edək ki, bundan öncə Ermənistan İstintaq Komitəsi Ayrapetyanın oğurlanması ilə bağlı cinayət işi açmışdı. Hadisə yanvarın 15-də baş vermişdi.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan