Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisində pulemyot, avtomat və əl qumbaraları tapılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib.
Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan