2024-cü il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib.
BUTA.TV-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi məlumata görə, bu gün Türkiyənin Ankara şəhərində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası baş tutub.
İclas zamanı ötən ilin yük daşımalarının təhlili nəzərdən keçirilib və nəticələrə əsasən marşrutun inkişaf etdirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub.
Həmçinin yığıncaq çərçivəsində Gürcüstan və Qazaxıstanın dəmir yolu rəhbərləri ilə üçtərəfli görüş keçirilib. Görüşdə hər üç tərəfin təsisçisi olduğu Orta Dəhliz çərçivəsində yaradılmış birgə müəssisənin fəaliyyətinin təşkili və biznes modelinin müəyyən olunması müzakirə olunub.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan