Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq.
Kult.az-a AMEA-dan verilən məlumata görə, bunu Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşündə deyib.
A.Saidov qeyd edib ki, Məhəmməd Füzuli Əlişir Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan