Bu gün ölkəmizin şimal bölgəsində müşahidə olunan günəşli və aydın səma sakinlərə Böyük Qafqaz dağlarının əsrarəngiz mənzərəsini izləmək imkanı yaradıb.
BUTA.TV xəbər verir ki, Quba, Qusar və Xaçmaz rayonlarından Qafqaz silsiləsinin Azərbaycandakı, həmçinin qonşu Dağıstan ərazisindəki uca zirvələri aydın görünüb. İzləyənlər “Şahdağ”, “Heydər zirvəsi”, “Yarudağ”, “Şalbuzdağ” (Dağıstan), Məstərgah, Qızılqaya, Xınalıq zirvələrinin, Buduq yaylaqlarının qarlı mənzərələrindən zövq alıblar.
Ekoturizm mütəxəssisi Toğrul Cəfərov Azərtac-a bildirib ki, Böyük Qafqaz dağlarının zirvələrini Qubanın rayon mərkəzindən qış aylarında daha yaxşı müşahidə etmək mümkün olur. Yayda havadakı rütubət mənzərənin qarşısını nisbətən alır. Hazırda zirvələrin qarla örtülməsi dağları daha cəlbedici və mənzərəli edir.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan