Rusiya ilə Finlandiya arasında bütün münasibətlər Helsinkinin günahı ucbatından tamamilə məhv edilib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında medianın suallarını cavablandırarkən deyib.
"Hazırda ikitərəfli Rusiya-Finlandiya əlaqələrinin bütün kompleksi tamamilə məhv edilib. Bunun günahı Finlandiya tərəfindədir", - Lavrov söyləyib.
O qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyata başladıqdan sonra Finlandiya aqressiv və qarşıdurma xarakterli antirusiya siyasətini, o cümlədən silah və hərbi texnikanın tədarükü də daxil olmaqla Kiyev rejiminə fəal dəstək göstərməklə yanaşı, ardıcıl olaraq Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasını müdafiə edib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan