Yanvarın 26-da axşam saatlarında Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Senaki şəhərində “Gürcüstan Bankı”nın filialı qarət olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, banka daxil olan silahlı şəxs əməkdaşlara hədə-qorxu gələrək pul tələb edib. İstədiyi məbləği aldıqdan sonra cinayətkar bir nəfəri də girov götürərək qaçmağa nail olub.
Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində polis həmin şəxsi saxlayıb, girov azad olunub. Pul və bıçaq da dəlil olaraq götürülüb.
Həmin şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan