Yeni tədris ilinə hazırlıq zamanı hərbi hissələrdə sıra baxışları keçirilib, bölmələrin maddi-tədris bazaları, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yeni tədris ilinin başlaması ilə əlaqədar birləşmə və hərbi hissələrdə keçirilən təntənəli mərasimlərdə çıxış edənlər ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğunu qeyd edib və yeni tədris ilində keçirilən məşğələlərdə əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına, Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilməli olduğunu bildirərək yeni tədris ilində şəxsi heyətə uğurlar arzulayıblar.
Sonra tribuna önündən təntənəli keçid olub.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi