Rusiyanın Sankt-Peterburq şəhər administrasiyası Ermənistanın paytaxtı İrəvanda Leninqrad uşaqlarının xatirəsinə ucadılmış abidənin təhqir olunmasını pisləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhər administrasiyasının Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün sovet xalqının faşizm üzərində qələbəsinin tarixi əhəmiyyətini heç də hamı dərk etmir. Abidəyə qarşı edilən hərəkət təxribat xarakterlidir. Ümid edirik ki, Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən bu əməl layiqli qiymətini alacaq və bütün təqsirkarlar ədalətli cəzalarını alacaqlar”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını tapdalayıb.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi