Fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.
Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib.
Həmin şəxsin ekstradisiyası ilə bağlı nazirliyin sorğusu və təqdim etdiyi beynəlxalq prosedurlara uyğun bütün tələb olunan sənədlər əsasında razılıq əldə olunaraq Ə.Hüseynov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilərək cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilir, cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Qeyd edək ki, ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb.
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi