Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb.
BUTA.TV xəbər verir ki, 24 yaşlı idmançı yarışda ikinci yeri tutub.
Mübarizəyə 1/32 finaldan başlayan Tçkayev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Lakin o, həlledici görüşdə belçikalı Mattias Kasseyə uduzub.
Azərbaycan millisinin digər cüdoçuları Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, ötən gün Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) uğursuz nəticə göstəriblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi