ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumuna cavab olaraq İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək etməyəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki və Avrasiya Fondunun keçmiş vitse-prezidenti Örl Rasmussen bildirib.
Rasmussenin sözlərinə görə, Vaşinqtonun hərəkətləri yalnız İran, İraq və Suriya ilə, eləcə də bölgədəki silahlı qruplaşmalarla gərginliyi artıracaq.
Eyni zamanda, ehtiyatda olan polkovnik hesab edir ki, siyasi baxımdan ABŞ Prezidenti Co Bayden hərbçilərin öldürüldüyü Amerika bazasına hücuma hansısa formada cavab verməli idi.
Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə fevralın 2-dən 3-nə keçən gecə zərbələr endirib.
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi