Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 53 nəfər saxlanılıb.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Keçirilən əməliyyat tədbirləri zamanı, nakotiklərin, psixotrop tərkibli güclü təsiredici xüsusiyyətlərə malik dərman vasitələrinin, aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, dələduzluq cinayətləri edən, kibercinayətlə məşğul olan, evində, eləcə də üzərində qanunsuz olaraq odlu silah saxlayan və daşıyan, qanunsuz ov edən, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olan, ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən cinayətkar dəstə üzvləri məsuliyyətə cəlb edilib.
Həmçinin mənzillərdən, ticarət obyektlərindən, məscidlərdən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, tikinti materialları və məişət əşyaları oğurlayan, habelə sosial şəbəkə hesablarında “telefon satışı” və “kirayə ev” adı altında saxta elanlar yerləşdirməklə 100-dən çox vətəndaşları kütləvi şəkildə aldadan və quldurluq edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri 35 ədəd odlu silah, 6 ədəd tapança, 12 ədəd avtomat darağı, 1 061 ədəd müxtəlif çaplı sursat, 4 ədəd əl qumbarası, 3 ədəd binokl, 3 ədəd süngü bıçağını təhvil verib.
Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 5 odlu silah, 225 ədəd patron, 5 ədəd avtomat xəzinəsi aşkarlanaraq götürülüb.
Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 91 nəfər saxlanılıb.
Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...