Seçki ab-havası çox yaxşıdır, seçici fəallığı həmişəkindən daha yüksəkdir. Çünki bu il elə bir ildir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün işğaldan azad olunmuş rayonlarımızda, o cümlədən Şuşada, Xankəndidə insanlarımız Azərbaycanın suverenliyinə, inkişafına səs verirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.
"Ona görə də əhalimiz böyük məmnuniyyətlə seçki məntəqələrinə gedir, öz namizədlərinə səs verirlər. Bundan sonrakı illərdə artıq böyük inkişaf illəri olacaq. İşğaldan azad olunmuş torpaqlarımızın, eləcə də ölkənin digər rayonlarının həm infrastruktur, həm də sənaye və digər iqtisadi sahədə inkişafına böyük yol açılıb. Bu mənada digər illərdən fərqli olaraq bu, möhtəşəm seçkidir", - nazir bildirib.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu